Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirdiyi iclasda bildirib ki, ölkəsi atəşkəsə və müharibənin sona çatması üçün keçiriləcək bütün görüşlərdə iştirak etməyə hazırdır.
Yenifikir.media-nın məlumatına görə Zelenski çıxışında qeyd edib ki, Rusiya ordusu son üç gündə Donetsk vilayətinin Pokrovsk şəhərinə 220 dəfə hücum edib, Ukrayna uzun mənzilli raketlər əldə etmək üçün ABŞ və digər müttəfiqlərlə danışıqlar aparır.
Ukrayna Müdafiə Naziri Denis Şmıqal isə İsveçlə “Gripen” döyüş təyyarələrinin alınması və gələcəkdə bu təyyarələrin Ukraynada istehsalı barədə razılıq əldə olunduğunu bildirib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

