Belarusiya prezidenti Aleksandr Lukaşenko, ABŞ-ın Litvadan üzr istəmək tələbinə sərt cavab verib. Lukaşenko bildirib ki, amerikalılar hadisəyə görə Belarusiyanın günahkar olduğunu bildirərək, hökumətdən və prezidentdən Litvadan ictimai şəkildə üzr istəməsini tələb ediblər.
O, bu tələbi rədd etdiyini bildirib və əlavə edib ki, üzr yalnız Belarusiyanın günahı sübuta yetirilərsə olacaq.
Qeyd edək ki, 22 oktyabrda meteoroloji zondların Litvanın hava məkanına daxil olması səbəbindən Vilnüs hava limanı müvəqqəti bağlanmışdı.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

