Pentaqon ABŞ-ın uzaqmənzilli “Tomahawk” raketlərinin Ukrayna Silahlı Qüvvələrinə göndərilməsini təsdiqləyib.Yenifikir.media bildirir ki, bu barədə CNN məlumat yayıb.Məlumata görə, Pentaqon Ağ Evə bu silahların göndərilməsinə “yaşıl işıq” verib və bunun ABŞ arsenalına mənfi təsir etməyəcəyini bildirib.
Lakin silahların Ukraynaya ötürülməsi ilə bağlı son qərarı ABŞ prezidenti Donald Tramp verəcək.
Qeyd edək ki,bundan əvvəl Ukrayna tərəfi ABŞ-dan “Tomahawk” tipli uzaqmənzilli raketlərə bənzər silahlar istəmişdi.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

