ABŞ Prezidenti Donald Tramp mətbuata bildirib ki, Cənubi Koreya ilə yeni ticarət sazişi demək olar ki, tamamlanıb.
Yenifikir.media- nın məlumatına görə Tramp danışıqların uğurlu keçdiyini deyib: “
Ticarət sazişini demək olar ki, yekunlaşdırdıq. Milli təhlükəsizliklə bağlı məsələləri də müzakirə etdik və bir çox mövzuda razılığa gəldik,
” – deyə o bildirib.
Cənubi Koreya Prezident Administrasiyasının rəsmisi bu sazişi iki ölkə münasibətləri üçün mühüm dönüş nöqtəsi adlandırıb.
Tramp həmçinin Yaponiyada da “çox yaxşı görüş” keçirdiyini və Tokio ilə imzalanan ticarət sazişinin hər iki ölkə üçün faydalı olduğunu vurğulayıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

