Tailandda kralın anasının vəfatı ilə bağlı ölkədə matəm elan edildiyi üçün insanlar kütləvi şəkildə qara paltarlar almağa və geyinməyə məcburdur. Bu baxımdan Kral Maha Vaçiralonqkornun (Rama X) anası, kraliça Sirikitin vəfatından sonra mağazalarda qara geyimlərə tələbat xeyli artıb.

Yenifikir.media xarici mətbuata istinadən bildirir ki, “ölkə üzrə mağazalar qara və sadə geyimlərə olan böyük tələbi qarşılamaqda çətinlik çəkirlər.”

Hökumət qərarına görə, dövlət qulluqçuları bir il, digər vətəndaşlar isə 90 gün matəm geyimində olmalıdır.

Qeyd edək ki, kralın anası 93 yaşında vəfat edib. O, son illər həkimlərin nəzarətində idi və səhhətində ciddi problemlər var idi.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir