ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qəzzədəki müharibəni dayandıran şəxs elə özü olub. “Netanyahuyə dedim ki, dünya ilə döyüşə bilməz. Müharibə illərlə davam edə bilərdi, amma mən onu dayandırdım,” – deyə Tramp Time jurnalına bildirib.

Yenifikir.media bildirir ki, Tramp Netanyahunun Qətərə hücumda səhv etdiyini söyləyib və Qəzzəyə səfər etməyi planlaşdırdığını əlavə edib.

Tramp həmçinin vurğulayıb ki, Qərb Sahilinin ilhaqı baş verməyəcək: “Ərəb ölkələrinə söz verdim. Əgər ilhaq olsa, İsrail ABŞ-ın dəstəyini itirər.”

Qeyd edək ki,İsrail parlamenti isə Qərb Sahilindəki yəhudi yaşayış məntəqələrinin ilhaqına dair qanun layihəsini ilkin səsvermədə təsdiqləyib.

ABŞ vitse-prezidenti C.D. Vans bu addımı “axmaqlıq” adlandırıb və Tramp administrasiyasının buna qarşı olduğunu bildirib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir