İsrail Baş naziri Benyamin Netanyahu bildirib ki, ABŞ-ın sabiq prezidenti Co Bayden müharibənin ilk günlərində onu silah embarqosu ilə hədələyib. Yenifikir.media bildirir ki,Netanyahunun sözlərinə görə, Bayden ona “Sən tək qalacaqsan və silahın olmayacaq” deyib.
Baş nazir əlavə edib ki, İsrail atəşkəsə baxmayaraq, Hamas tam məhv edilənə qədər əməliyyatları davam etdirəcək.
Bu vaxt “Fox News” kanalında yayımlanan reklamda Netanyahu tənqid olunub. Reklamda onun ABŞ prezidentlərini aldatdığı və yalnız öz maraqlarını düşündüyü iddia edilib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

