Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərin suallarını cavablayıb. O bildirib ki, Vladimir Putin və Donald Trampın Budapeştdə keçirilməsi planlaşdırılan görüşünün detalları hələ müəyyənləşməyib. Peskovun sözlərinə görə, sammitdə ABŞ-Rusiya münasibətləri və Ukrayna məsələsi müzakirə olunacaq: “Ümid edirik ki, Ukrayna ilə bağlı sülh prosesi irəliləyəcək,” – deyə o qeyd edib.
Peskov həmçinin vurğulayıb ki, Rusiya və ABŞ Ukrayna mövzusunda danışıqları davam etdirir.
Putin və Trampın telefon danışığında “torpaq mübadiləsi” məsələsini müzakirə etdiklərinə dair xəbərlərə cavab olaraq Peskov deyib:
“Bu danışıq barədə bütün məlumatları artıq paylaşmışıq. Əlavə deyəcəyimiz yoxdur.”
İranla münasibətlərə toxunan Peskov əlavə edib: “İran bizim mühüm tərəfdaşımızdır. Əməkdaşlığı bütün sahələrdə genişləndirməyə hazırıq. İranın nüvə proqramı ilə bağlı tərəflər dialoqu davam etdirməlidir
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

