ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetini 2024-cü il namizədliyini zəiflətməkdə və nüfuzuna zərər vurmaqda günahlandıraraq yenidən məhkəməyə verib.

Yenifikir.media bildirir ki, hakim Tramplin 85 səhifəlik iddiasını “çox uzun və qarışıq” hesab edərək rədd edib. Yenidən məhkəməyə müraciət edən Ağ Ev rəhbəri bu dəfə 40 səhifəlik sadələşdirilmiş versiya təqdim edib və 15 milyard dollar təzminat tələb edir.

Qəzet iddianı əsassız adlandırıb və bunu “azad jurnalistikanı susdurmaq cəhdi” kimi qiymətləndirib.

Qeyd edək ki, Tramp daha əvvəl də “The New York Times” və digər media qurumlarına qarşı oxşar iddialar irəli sürsə də, nəticə əldə edə bilməyib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir