“Fənərbaxça” futbol klubuna Sadettin Saran təyin olunduqdan sonra ilk olaraq təlim bazasında intizam məsələlərinə diqqət yetirib. Saran rəhbərliyinin müəyyən etdiyi problemlərdən biri də qida mütəxəssisi ilə bağlı olub. Son günlər qida mütəxəssisi Cenk Özyılmazın klubdan ayrılması türk mətbuatında geniş müzakirə mövzusuna çevrilib. Bu məsələyə münasibət bildirən klubun sabiq futbolçusu Serkan Balcı diqqətçəkən açıqlamalar verib.
Balcı bildirib ki: “Kartof qızartmaları, rakılar, manqallar təşkil olunduğu deyilir, amma açıqlanmır. Çoxlu problemlər mövcuddur.”
Balcının sözləri sosial mediada böyük rezonans doğurub. Eyni zamanda, Saran rəhbərliyinin Samandıra təlim bazasında intizam və peşəkarlıq standartlarını bərpa etmək üçün ciddi addımlar atacağı bildirilib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

