Türkiyənin Samsun şəhərində maraqlı, eyni zamanda təəccüblü hadisə baş verib. Barış Aydın adlı şəxs, axtarışda olan dələduza oxşadığı üçün həbs olunub. Yenifikir.media bildirir ki, Samsunda yaşayan Barış Aydın, sosial şəbəkədə paylaşılmış bir fotoya əsasən səhv tanınıb və dələduzluq ittihamı ilə 6 il 8 ay həbs cəzası alıb.
Hadisə 2021-ci ildə Antalyada avtomobil alqı-satqısı zamanı baş verib. Saxta çeklə dələduzluq edən şəxslər tapılmadıqda, zərərçəkən “Facebook”da gördüyü bir fotoya əsaslanaraq Barış Aydını tanıdığını deyib.
Aydın isə hadisə ilə heç bir əlaqəsi olmadığını, illərdir Antalyaya getmədiyini bildirsə də, buna baxmayaraq həbs edilib.
Həbs olunan Barış Aydının həyat yoldaşı və üç övladı onun günahsız olduğunu deyərək azadlığa buraxılmasını tələb edirlər. Qeyd edək ki, Barış Aydının qızı Şevval Aydın Türkiyə milli boks komandasının üzvüdür.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

