Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Qəzzadə atəşkəs danışıqları aparmaq üçün Misirə səfər edib.

Diplomatik mənbələrə görə, Kalın səfərdən əvvəl ABŞ, Qətər, Misir və HƏMAS nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə atəşkəs, girov mübadiləsi və humanitar yardım dəhlizlərinin açılması müzakirə olunub.

Qətərin paytaxtı Dohada başlayan dolayı danışıqlar prosesi bu həftə Qahirədə davam edir. Türkiyə prosesdə fəal iştirak edir və tərəflərlə atəşkəs üçün yol xəritəsi üzərində işləyir.

Yenifikir.media xarici mətbuata istinadən xəbər verir ki, Ankara bölgədə sülhün və sabitliyin təmin olunması, eləcə də humanitar yardımların Qəzzayə çatdırılması üçün diplomatik səylərini gücləndirib. Kalının Qahirə səfərinin bu istiqamətdə mühüm addım olduğu bildirilir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir