Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Görüşündə çıxış edib.
Yenifikir.media bildirir ki, Ərdoğan təşkilatın 16 ildə böyük uğurlar qazandığını və türk ölkələrinin birliyinin daha da güclənəcəyini bildirib. O, Azərbaycanın ev sahibliyinə görə təşəkkür edib, zirvənin “regional sülh və təhlükəsizlik” mövzusunun düzgün seçildiyini vurğulayıb.
Prezident Qəzzadaki vəziyyətə toxunaraq, minlərlə günahsız insanın ölümü ilə nəticələnən hücumların dayandırılmasının sevindirici olduğunu deyib. O, iki dövlətli həllin bölgədə ədalətli sülhün yeganə yolu olduğunu qeyd edib.
Ərdoğan həmçinin Suriya və Cənubi Qafqazda sabitliyin vacibliyini vurğulayıb və Azərbaycan-Ermənistan arasında imzalanan son bəyanatı müsbət addım kimi qiymətləndirib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin