İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki,İran hazırda Avropa ölkələri ilə nüvə danışıqları planlaşdırılmır. O, Tehranda keçirdiyi brifinqdə deyib ki, Böyük Britaniya, Fransa və Almaniya (E3) müstəqil və etibarlı tərəfdaş olmadıqlarını göstəriblər. “Hazırda onların və ABŞ-ın addımlarını izləyirik. Danışıqlar yalnız İranın maraqlarına uyğun olarsa, bərpa edilə bilər,” – Bəqayi bildirib.
İran rəsmisi qeyd edib ki, BMT Katibliyinin İrana qarşı sanksiyaların bərpası ilə bağlı addımının hüquqi əsası yoxdur və bu mövqeni Çin və Rusiya da dəstəkləyir, eyni zamanda İran danışıqlara hazır olsa da, qarşı tərəf görüşlərə qatılmayıb.
O həmçinin vurğulayıb ki, 9 sentyabrda Qahirədə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə imzalanan razılaşma – nüvə obyektlərində yoxlamaların bərpası barədə saziş – icra edilməyəcək.BEA ilə əməkdaşlıqla bağlı son qərarı İranın Ali Milli Təhlükəsizlik Şurası verəcək.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin