Rusiya Prezidenti Putin Türkiyəyə ixrac krediti verilməsi razılaşmasını təsdiqləyib. 2017-ci ildə Rusiyadan 726 milyon dollar kredit alan Türkiyə, sanksiyalar səbəbindən 111 milyon dollarını vaxtında ödəyə bilməyib. Putin imzaladığı sənədə görə, bu qalan borc üçün cəza tətbiq edilməyəcək.
Rusiya Maliyyə Nazirliyi bildirir ki, Türkiyə 2022-ci ilə qədər öhdəliklərini tam yerinə yetirib, 2022–2023-cü illərdə isə sanksiyalar üzündən gecikmə yaşanıb. 2023-cü ilin sentyabrında borcun tamamı ödənib, lakin Moskva iki ölkə arasındakı münasibətləri nəzərə alaraq 17 milyon dollar cəzanı silib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin