Rusiyanın tanınmış teleaparıcısı, “Qazprom-Media”nın baş direktor müavini Tina Kandelaki Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən axtarışa verilib. Ona 2022-ci ilin martında “Ukraynanın ərazi bütövlüyünə qəsd” ittihamı irəli sürülüb.
Kandelaki 2017-ci ildən Ukraynanın sanksiya siyahısındadır. O, Krıma səfərinə və Rusiya siyasətinə dəstəyinə görə “Mirotvorets” saytında yer alıb.
Qeyd edək ki, bundan əvvəl rusiyalı reper Guf da Ukrayna tərəfindən təhlükə sayılan şəxslər siyahısına daxil edilib və “Mirotvorets” bazasına salınıb.
Yenifikir.media
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin