Prezident İlham Əliyevin Amerikaya səfəri Azərbaycan-ABŞ münasibətlərini daha da gücləndirəcək. İki ölkənin münasibətləri yeni bir mərhələyə qədəm qoyur.Son xəbərlər olduqca ümidverici və əhəmiyyətlidir. ABŞ Prezidenti Donald Trampın həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş keçirməsi beynəlxalq aləmdə bu münaqişəyə diqqətin artdığını və onun həllinə ciddi yanaşıldığını göstərir.

Bu fikirləri Yenifikir.media-ya açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib.

Trampın tərəflərlə ayrı-ayrılıqda görüşməsi, Vaşinqtonun prosesə obyektiv və balanslı yanaşmaq istədiyini sübut edir. Bu həmçinin istər ABŞ daxili, istərsədə digər Azərbaycanı sevməyən dairələrə də bir siqnaldır.
Tərəflərin sülh sazişinə hazır olduğunu nümayiş etdirməsi, xüsusilə də təxribatlara soyuqqanlı yanaşması, sülhə sadiq mövqeyin göstəricisidir. Ölkəmiz bu addımla regionda məsuliyyət və sabitlik tərəfdarı olduğunu göstərir. Bu, həm ABŞ, həm də digər beynəlxalq tərəfdaşlar üçün müsbət siqnaldır və Zəngəzur dəhlizinin açılmasına aktiv addımların göstəricisidir.
Digər tərəfdən, Ermənistanın daxili çətinlikləri və bəzi sənədlərdə yer alan ərazi iddiaları Azərbaycanın haqlı narahatlığını doğurur. Bu məsələlər həll olunmadan sülhün tam və davamlı olması da mümkün deyil.
Vaşinqtonda keçiriləcək bu tarixi görüş, düzgün istiqamətdə inkişaf etsə, tarixə “sülyaradan” görüş kimi düşə bilər. Sülhə nail olmaq həm regionda yaşayan xalqlar, həm də beynəlxalq ictimaiyyət üçün böyük nailiyyət ola bilər.

 P.S Trampın Nobel Sülh Mükafatı almaq istəyi də bu prosesi daha da sürətləndirə bilər…

Ümid edirik ki, bu tarixi fürsət düzgün dəyərləndiriləcək və bölgədə yeni bir sülh səhifəsi açılacaq. Azərbaycanın haqq işinə beynəlxalq dəstəyin artması və obyektiv yanaşmanın güclənməsi isə sevindirici haldır..

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir