44 günlük Vətən müharibəsində əldə edilən şanlı qələbə Azərbaycanın həm siyasi, həm də hərbi tarixində dönüş nöqtəsi oldu. Bu zəfərdən sonra Azərbaycan regionda yeni reallıqlar yaratmağa, öz suverenliyini tam bərpa etməyə və iqtisadi-siyasi nüfuzunu artırmağa davam edir. Prezident İlham Əliyevin apardığı diplomatik xətt nəticəsində Azərbaycan artıq regionda sülh təşəbbüslərinin təşəbbüskarı kimi çıxış edir. 

ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Ağ Evdə baş tutan görüşü Cənubi Qafqazda regional sabitlik və inteqrasiya baxımından əhəmiyyətli bir hadisə kimi qiymətləndirilməlidir. Belə bir görüş uzun illər davam edən münaqişədən sonra sülh prosesinə nail olunması və xüsusilə də iqtisadi-ticarət əlaqələrinin bərpası baxımından yeni bir mərhələnin başlanğıcıdır.

Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək strateji bir nəqliyyat yoludur. Bu dəhlizin açılması region ölkələri üçün əhəmiyyətli logistik üstünlüklər yaradır. ABŞ-ın vasitəçiliyi dəhlizin təhlükəsiz, qarşılıqlı faydalı əsaslarla açılmasına zəmanət verməyə yönəlik beynəlxalq mexanizmlərin qurulmasına təkan verəcək.

Əgər bu görüş çərçivəsində tərəflər arasında Zəngəzur dəhlizi məsələsində ilkin razılaşma əldə olunubsa, bu hadisə daha genişmiqyaslı sülh müqaviləsinə aparan yolda ciddi bir addım kimi qiymətləndirilməlidir. Dəhlizin açılması tərəflər arasında iqtisadi asılılığı və əməkdaşlığı artıraraq hərbi qarşıdurma riskini də azaldacaq.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-da Trampın iştirakı ilə görüşməsi Cənubi Qafqazda sülh və əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacaq. Zəngəzur dəhlizinin açılması isə yalnız nəqliyyat layihəsi deyil, həm də sülhün iqtisadi əsaslara söykənən konkret bir simvoludur. Bu dəhlizin açılması üçün beynəlxalq zəmanətlər və regional razılaşmalar vacibdir.

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru, müstəqil ekspert Əpoş İslam oğlu Vəliyev

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir