Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp ABŞ-ın Alyaska ştatında yerləşən Ankoric hava limanında görüşüblər.525.az RİA Novosti-yə istinadən xəbər verir ki, ABŞ prezidenti rusiyalı həmkarını təyyarənin trapında qarşılayıb. Dövlət başçıları əl sıxışaraq Trampın kortejinə tərəf yollanıblar. Onlar danışıqlara Trampın limuzinində gedəcəklər.
Tramp Ankoricə ilk enən tərəf olub, lakin Putinin təyyarəsi yerə enənə qədər öz hava gəmisində gözləyib. Qonağın gəlişi ilə hər iki lider eyni anda təyyarələrdən enib və qırmızı xalça üzərində görüşüblər.
Prezidentlər hava limanından keçdikləri anda Ankoric səmasında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-2 Spirit bombardmançısı qırıcıların müşayiəti ilə görünüb.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin