ABŞ prezidenti Donald Tramp Zelenski və Avropa liderləri ilə görüşdə Ukraynanın dron sənayesində 50 milyard dollarlıq pay istədiyini bildirib.
Avqustun 18-də Ağ Evdə keçirilən görüşdə Avropa liderləri, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və NATO baş katibi Mark Rütte də iştirak ediblər.
Görüşdən sonra Tramp Putinlə danışıb. Tərəflər Rusiya və Ukrayna nümayəndələri arasında birbaşa danışıqları dəstəkləyiblər.
Tramp bildirib ki, Putin və Zelenski ilə üçtərəfli görüş hazırlayır və bu görüş onların ikitərəfli danışıqlarından sonra baş tutacaq. O, görüşün avqustun sonunadək keçiriləcəyinə ümid edir.
Zelenski isə daha əvvəl ərazi məsələlərini Putinə müzakirə etməyə hazır olduğunu demişdi.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin