Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Anri Oxanaşvili istefa verib, yeni vəzifəyə təyin olunub.Yenifikir. mediaTASS-a istinadən xəbər verir ki, o, Baş nazir İrakli Kobaxidze ilə məsləhətləşmələrdən sonra istefa verdiyini açıqlayıb. İstefa verən Anri Oxanaşvili Gürcüstan baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri təyin edilib.

Kobaxidze bildirib ki, Oxanaşvili baş nazirin müşaviri kimi hökumət administrasiyasında analitik işlər aparacaq və ölkənin təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək.

Kobaxidze həmçinin vurğulayıb ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbəri hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze olacaq:

“Onun xüsusi təqdimata ehtiyacı yoxdur. Sadəcə qeyd edim ki, onun hüquq-mühafizə orqanlarında kifayət qədər uzunmüddətli iş təcrübəsi var, bu da Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifələrinin yerinə yetirilməsi üçün çox vacibdir”.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir