Şimali Koreya lideri Kim Çen In ABŞ-la danışıqların bərpası üçün nüvə silahlarından imtina tələbindən vaz keçilməli olduğunu bildirib.Yenifikir.media bildirir ki, Kim Çen In Cənubi Koreya ilə dialoqu yenidən başlatmaq niyyətində olmadığını vurğulayıb. Bu barədə Şimali Koreya mediası məlumat yayıb. 

Kim Çen In “Dünya yaxşı bilir ki, ABŞ digər ölkələri nüvə silahlarından əl çəkməyə məcbur etdikdən sonra hansı addımları atır. Biz nüvə silahlarımızdan heç vaxt imtina etməyəcəyik” deyib. O, həmçinin sanksiyaların qaldırılması qarşılığında düşmən ölkələrlə ticarət mövzusunda müzakirələrin aparılmayacağını qeyd edib.

Lider, ABŞ Prezidenti Donald Trampla ilk görüşündən xoş təəssüratlarının qaldığını bildirib və Vaşinqtonun “nüvə silahsızlanması xülyasından” əl çəkməsi halında danışıqların yenidən başlaya biləcəyini açıqlayıb.

Xatırladaq ki, Tramp və Kim ilk dəfə 2018-ci ilin iyununda Sinqapurda görüşərək Koreya yarımadasının nüvəsizləşdirilməsi barədə razılığa gəlmişdilər. 2019-cu ildə Vyetnamda keçirilən ikinci sammit isə nəticəsiz başa çatmışdı. Son görüş isə həmin ilin iyununda iki Koreya arasındakı silahsızlaşdırılmış zonada olmuşdu.

Daha sonra İsveçdə aparılan işçi səviyyəsində danışıqlar ABŞ-ın “köhnə mövqeyini” davam etdirməsi səbəbindən yarımçıq qalmış, Vaşinqtonun 2020-ci ildəki danışıqları davam etdirmək təklifi isə Pxenyan tərəfindən rədd edilmişdi.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir