Sağlamlıq üçün çox faydalı olan zeytun yağı həm yeməklərdə, həm də salatlarda istifadə olunur. Amma satışda olan zeytun yağlarının saxta və ya təbii olmağını necə müəyyən etmək olar?
Eyni miqdarda – 1 stəkan – su və zeytun yağını bir qabda qarışdırın. Təbii zeytun yağı adətən suyun üstündə qalır, saxta yağ isə suya qarışa bilər və ya dibə çökmə ehtimalı var.
Zeytun yağının qoxusundan da fərqi bilmək mümkündür. Şüşənin qapağı açıldıqda zeytun və ya çiçək qoxusu gəlirsə, yağ təbii sayılır. Amma fərqli və yad qoxu varsa, saxta ola bilər.
Qeyd: Bu üsullar yağın təbii və ya saxta olduğunu göstərməyə qismən kömək edir, amma 100% dəqiq nəticə əldə etmək mümkün deyil. Ən etibarlı və dəqiq yoxlama üsulu laboratoriyada test etməkdir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin