Türkiyənin Mersin şəhərinin Yenişehir rayonunda pis qoxu ilə bağlı şikayət edilən fərdi evdə 100-ə yaxın pişik aşkarlanıb.Kocavilayet məhəlləsində yerləşən evdən yayılan kəskin qoxudan narahat olan sakinlərin müraciətindən sonra Yenişehir Bələdiyyəsinin əməkdaşları ünvanda yoxlama aparıb.

Polis və səhiyyə əməkdaşlarının iştirakı ilə evə daxil olan qruplar otaqlarda təxminən 100 pişiyin saxlanıldığını müəyyən edib. Heyvanların antisanitar və sağlamlığa zidd şəraitdə saxlanıldığı bildirilib.

Aşkarlanan pişiklər qoruma altına alınaraq müayinə və baxımlarının aparılması üçün Yenişehir Bələdiyyəsinin Heyvanlara Qulluq və Reabilitasiya Mərkəzinə aparılıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir