Türkiyənin Diyarbəkir vilayətinin Bismil rayonunda yanacaqdoldurma məntəqəsinin çayxanasına 2,5 metr uzunluğunda ilan girib.
Gecə saatlarında ilanı görən əməkdaşlar dərhal yanğınsöndürmə xidmətinə xəbər veriblər. Hadisə yerinə gələn ekipaj uzunluğu təxminən 2,5 metr olan ilanı tutaraq təhlükəsiz şəkildə təbii yaşayış mühitinə buraxıb.
İlanın tutulduğu anlar mobil telefon kamerası ilə lentə alınıb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

