“Respublika Perinatal Mərkəzi”ndə 7 körpənin həyatını itirdiyi yanğın hadisəsi ilə bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edir.Yenifikir.media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən növbəti iclasda təqsirləndirilən Mehriban Abasquliyeva son sözlə çıxış edib. O, məhkəmənin ədalətli qərar verəcəyinə ümid etdiyini bildirib.Daha sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən qayıdan hakimlər kollegiyası hökmü elan edib.Hökmə əsasən, Mehriban Abasquliyeva 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.Digər təqsirləndirilən şəxslərdən Elnur Əhmədli 5 il 2 ay, Amil Mustafayev isə 5 il 8 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir