2025-ci ildən fəaliyyət göstərən “Ayna Psixoloji və Nitq Mərkəzi” uşaqların və böyüklərin psixoloji, nitq və inkişaf sahəsində dəstəklənməsi istiqamətində xidmətlərini davam etdirir. Mərkəzdə həm fərdi inkişaf, həm də sosial bacarıqların artırılmasına yönəlmiş müxtəlif proqramlar həyata keçirilir.

Mərkəzdə loqoped, psixoloq, psixopedaqoq, duyu bütünləmə, dil kursları, məktəbəhazırlıq, müalicəvi masaj, müalicəvi gimnastika, ailə və yeniyetmə psixoterapiyası xidmətləri göstərilir. Bununla yanaşı uşaqlar üçün şahmat, rəqs, rəsm və bədii gimnastika dərsləri də təşkil olunur.

“Ayna Psixoloji və Nitq Mərkəzi” 1 İyun – Beynəlxalq Uşaqlar Günü münasibətilə uşaqlar üçün ödənişsiz tədbir keçirəcəyini elan edib.

Tədbirin məqsədi uşaqların əyləncəli və faydalı vaxt keçirməsinə şərait yaratmaq, onların sosial inkişafına dəstək olmaqdır.


Mərkəzdən bildirilib ki, aztəminatlı ailələr, həmçinin şəhid və qazi ailələri üçün xüsusi güzəştlər də tətbiq olunur.

Qeyd edək ki, “Ayna Psixoloji və Nitq Mərkəzi” Səbail rayonu, 20-ci Sahə dairəsində yerləşir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir