Dünya şörhrətli ABŞ-lı iş adamı Elon Mask, Dünya İqtisadi Forumu (WEF) çərçivəsində keçirilən sessiyada sülh şurasında zarafatla istinad edib. O deyib ki, Trampın qurduğu bu qurum “peace (barış) yox, piece (parça) kimi səslənir” və “Qrelandiya və Venesuelanın kiçik hissələrini xatırladır”. Mask həmçinin süni zəka mövzusuna toxunaraq bildirib ki, yaxın 5 il ərzində süni zəka insanlardan daha ağıllı ola bilər. O, robot və süni zəka texnologiyalarının yayılması ilə qlobal iqtisadiyyatda böyük inkişaf gözlədiyini söyləyib. İş adamı ümumilikdə gələcəyə optimist yanaşaraq tarixin ən maraqlı dövrünü yaşadığımızı qeyd edib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

