Yanvarın 19-da Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev ölkəmizdə səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə Dayanıqlı İnkişaf üzrə regional direktoru Sameh Naguib Vahba və Cənubi Qafqaz üzrə regional direktoru Rolande Prays ilə görüşüb.Görüş zamanı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsi imkanları, Bankın ölkədə icra etdiyi cari və gələcək proqramlar, xüsusilə su və kənd təsərrüfatı sektorlarında tərəfdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.Maliyyə naziri Sahil Babayev bildirib ki, Azərbaycan Respublikası Dünya Bankı ilə tərəfdaşlığa böyük önəm verir və Bank tərəfindən maliyyələşdirilən layihələr ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Nazir xüsusilə “Rəqabətli və Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri” layihəsini qeyd edərək, onun məhsuldarlığın artırılması, dayanıqlılığın gücləndirilməsi və müxtəlif dəyər zəncirlərində rəqabət qabiliyyətinin artırılmasını hədəflədiyini vurğulayıb. Layihə irriqasiya sistemlərinin təkmilləşdirilməsini, iqlimə uyğun texnologiyaların tətbiqini və kənd təsərrüfatı təcrübələrinin modernləşdirilməsini nəzərdə tutur.Öz növbələrində Dünya Bankının nümayəndələri Azərbaycanda aparılan islahatları və sosial-iqtisadi nailiyyətləri yüksək qiymətləndirib, tərəfdaşlığın gələcəkdə davam etdirilməsində maraqlı olduqlarını bildiriblər. Bildirilib ki, su və kənd təsərrüfatı sahələrində icra olunan və planlaşdırılan layihələr dayanıqlı inkişaf, iqlimə adaptasiya və kənd ərazilərində rifahın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.Görüşdə həmçinin nəqliyyat, logistika və yol infrastrukturu sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər qarşılıqlı fəaliyyətin gücləndirilməsinin və regional inteqrasiyanın təşviqinin vacibliyini vurğulayıblar.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir