Son dövrlər paytaxtın ictimai nəqliyyat sistemində müşahidə olunan problemlər sərnişinlərin narazılığını gündən-günə artırır. Bir tərəfdən avtobus sürücülərinin sərnişinlərlə kobud rəftarı, digər tərəfdən nəqliyyat vasitələrinin həddindən artıq sürətlə idarə olunması və dayanacaqlarda saxlanılmaması ciddi narazılıqlara yol açır. Bunun üzərinə avtobuslardakı dözülməz sıxlıq və uzun intervallar da əlavə olunduqda vəziyyət daha da gərginləşir.
Mövzu ilə bağlı tanınmış jurnalist Cavid Şahverdiyev də ictimai nəqliyyatda baş verən növbəti xoşagəlməz hadisəni Facebook sosial şəbəkəsində paylaşaraq ictimaiyyətin diqqətinə çatdırıb.
O bildirib ki, axşam saat 17:25-də 62 saylı marşrut (77JR 952) avtobusunda sərnişinlərlə sürücü arasında insident yaşanıb. Səbəb sürücünün “Koroğlu” m/s yaxınlığındakı dayanacaqda 25 dəqiqə gözləməsi olub. Sərnişinlərin etirazına əhəmiyyət verməyən sürücü telefonla “oynayırdı”.
Yaxınlaşıb iradımı ona bildirdim. O isə “arxa maşın gəlsin, sonra tərpənəcəyəm” dedi. Bildirdim ki, bəlkə avtobus yarım saatdan sonra gələcək, sən isə içi sərnişin dolu avtobusu bu vəziyyətdə saxlayacaqsan. Sürücü isə “mənim öz qrafikim var, saat 7-yə 25 dəqiqə işləmiş Sabunçudan çıxmalıyam” dedi.
Sərnişinlərin çoxunun haqlı etirazına baxmayaraq, sürücü yerindən tərpənmədi. Nəhayət, saat 17:55-də avtobusu hərəkətə gətirdi. Daha sonra isə sərnişinlərin acığına qəsdən asta-asta sürməyə başladı. Beş dəqiqəlik yolu 15 dəqiqəyə getdi. Düşən sərnişinlərin çoxu bunu söyüşlə, bəziləri isə susqunluqla qəbul etdi…/yenifikir.media

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir