Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işədüzəlmədə vasitəçilik sahəsində mühüm yeniliyə imza atıb. Nazirliyin “Əmək və Məşğulluq” altsistemi çərçivəsində yaradılan yeni elektron modul vasitəsilə bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin qeydiyyatı və hesabatlılıq prosesi artıq rəqəmsal müstəvidə aparılacaq.“İşədüzəlmədə vasitəçilik” adlı modulun istifadəyə verilməsi ilə əmək bazarında şəffaflığın artırılması və işaxtaran şəxslər üçün imkanların genişləndirilməsi hədəflənir. Yeni sistem hüquqi şəxslərin fəaliyyətinə dair məlumatların vahid informasiya bazasında toplanmasına şərait yaradacaq.
Modul vasitəsilə işədüzəlmə ilə məşğul olan qurumlar iş üçün müraciət edən şəxslərin sayı, məşğulluqla təmin edilən şəxslər və ümumi fəaliyyət göstəriciləri barədə məlumatları birbaşa elektron formada təqdim edəcəklər. Bu yanaşma məlumatların daha operativ və sistemli ötürülməsinə imkan verəcək.Elektron mexanizm həmçinin kağız daşıyıcılar və əlavə yazışmalara ehtiyacı aradan qaldırmaqla hesabatlılıq prosesini sadələşdirəcək və sahədə şəffaflığın təmin olunmasına xidmət edəcək. Hüquqi şəxslər Dövlət Məşğulluq Agentliyinin rəsmi internet səhifəsi üzərindən reyestrlər bölməsi vasitəsilə yeni xidmətə rahat şəkildə qoşula bilərlər.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir