İçərişəhər Yeni il yarmarkası çərçivəsində ekoloji maarifləndirməyə həsr olunan xüsusi stend təşkil edilib. Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “EcoHub” İctimai Birliyinin təşkilatçılığı ilə Coca-Cola şirkətinin PACT proqramı çərçivəsində reallaşdırılıb.
Stendin əsas məqsədi ictimaiyyət, xüsusilə gənclər arasında ekoloji məsuliyyətin artırılması, tullantıların azaldılması və dayanıqlı həyat tərzinin təşviqidir. Tədbir ərazisində plastik tullantıların düzgün toplanması və çeşidlənməsi üçün xüsusi qutular yerləşdirilib, iştirakçılara təkrar emalın əhəmiyyəti barədə məlumat verilib.
Maarifləndirici fəaliyyətlər çərçivəsində süni intellekt əsaslı interaktiv ekoloji oyunlar da təşkil olunub. Oyunlarda fəallıq göstərən iştirakçılar kitablar və tinglər kimi hədiyyələrlə mükafatlandırılıb.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir