Dünyanın ən pis şəraitli həbsxanalarından biri hesab olunan MDC Brooklyndə qaydalar sərtdir, nəzarət çox güclüdür, tez-tez zorakılıq halları baş verir və gigiyena qaydalarına riayət olunmur. Sənaye zonasında yerləşən həbsxanada 1 300-dən çox məhbus qalır. Yenifikir.media-nın xarici mətbuata istinadən məlumatına görə, Maduro yalnız vəkili ilə görüşmək və məhkəmə iclaslarında iştirak etmək üçün kameradan çıxarılacaq. Bu da mövbəti məhkəmə iclasında- 17 martda baş tutacaq. Maduronun həyat yoldaşı Siliya Flores isə qadınlar üçün nəzərdə tutulmuş ayrı binada qalacaq.MDC Brooklyn əvvəllər Sam Bankman-Fried, R. Kelly, Ghislaine Maxwell, Michael Cohen, Sean “Diddy” Combs və Hondurasın keçmiş prezidenti Xuan Orlando Ernandes kimi məşhur şəxsləri qəbul edib.

Hondurasın keçmiş prezidenti Xuan Orlando Ernandes
Hazırda Maduro ilə eyni həbsxanada Luigi Mangione və repçi Tekashi 6ix9ine (Daniel Hernandez) də qalır.
Luigi Mangione


Repçi Tekashi 6ix9ine (Daniel Hernandez
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

