Azərbaycanlı milyoner Tufan Sadiqovun sahibi olduğu Türkiyənin I Liqa komandası Serik Sporun baş məşqçi postuna Yılmaz Vuralın gətiriləcəyi xəbəri gündəmdədir.

Komanda 2025-ci ilin oktyabrında baş məşqçi Sergey Yuranla yollarını ayırıb və bir müddət köməkçi məşqçi Sinan Paşalı ilə çalışıb. 73 yaşlı Yılmaz Vural isə mövsümün əvvəlində Sarıyeri çalışdırmış, cəmi 4 oyundan sonra komandadan ayrılmışdı. Onun yaxın günlərdə futbola qayıtması gözlənilir.

Qeyd edək ki, Serik Sporun səhmlərinin 50 faizi 4 milyon avroya Tufan Sadiqov tərəfindən alınıb və o, klubun İdarə Heyətinin sədri olaraq fəaliyyət göstərir.

İş adamı Tufan Sadıqov
Ülkər Tahirqızı

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir