Elm və təhsil naziri Emin Əmrullayev yanvarın 30-da Kürdəmir şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Kürdəmir, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar və Zərdab şəhər və rayonlarının sakinləri iştirak edə biləcəklər.Qəbula yazılmaq istəyən vətəndaşlar yanvarın 16-dək (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146–2 və 146–6 nömrəli telefonları ilə (yalnız iş günləri və iş saatlarında) əlaqə saxlaya bilərlər. Eyni zamanda, müraciətlərin nazirliyin rəsmi internet saytında yerləşən https://edu.gov.az/az/contact_us bölməsi vasitəsilə elektron formada, həmçinin +994 51 206 78 48 nömrəsinə “WhatsApp” üzərindən göndərilməsi mümkündür.
Qeyd edək ki, vətəndaş qəbulunda iştirak etmək üçün əvvəlcədən qeydiyyat mütləqdir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

