Azərbaycanda tətbiq olunan vergi güzəştləri kapital bazarlarının inkişafına, investor fəallığının artmasına və maliyyə sektorunun dayanıqlılığının güclənməsinə mühüm töhfə verir. Bu barədə AZƏRTAC-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin şöbə rəisi Gülnar Ağazadə məlumat verib.
Onun sözlərinə görə, sosial-iqtisadi islahatlar çərçivəsində investisiya və kapital qoyuluşlarını stimullaşdırmaq məqsədilə vergi qanunvericiliyində ardıcıl təşviq mexanizmləri tətbiq olunur. Kapital bazarlarında dövriyyənin və likvidliyin artırılması, eləcə də məlumatlı investor bazasının formalaşdırılması əsas hədəflər sırasındadır.
G. Ağazadə bildirib ki, bu çərçivədə dividendlər üzrə bir sıra vergi güzəştləri mövcuddur. Belə ki, ƏDV qeydiyyatında olmayan mikrosahibkarların fiziki şəxs təsisçilərinin dividend gəlirləri vergidən azaddır. İşğaldan azad edilmiş ərazilərin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının dividendləri isə 2023-cü ildən etibarən 10 il müddətinə vergiyə cəlb edilmir. Ümumilikdə dividendlər üzrə vergi dərəcəsi 10 faizdən 5 faizə endirilib.
Eyni zamanda, fond bazarını daha cəlbedici etmək məqsədilə 2023-cü il fevralın 1-dən 5 il müddətinə kütləvi təklif edilən və tənzimlənən bazarda satılan səhmlər və istiqrazlar üzrə dividendlər, faiz və diskont gəlirləri fiziki şəxslər üçün gəlir vergisindən azad edilib.
Vergi təşviqləri bank sektorunu da əhatə edir.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir