ABŞ-ın Ankaradakı Səfirliyi Türkiyədə yaşayan və səfər edən vətəndaşlarını olası zəlzələyə qarşı xəbərdar edib. Xəbərdarlıqda davranış, təhlükəsizlik və sığınacaq planlaması barədə tövsiyələr verilib.

Binada olanlar xaricə çıxmağa çalışmamalı, təhlükəsiz bir yerdə qalmalı və “aşağı əyil, “qorun” , qaydasına əməl etməlidir. Liftdən istifadə qadağandır, qaz qoxusu hiss edilərsə dərhal binanı tərk etmək lazımdır. Çöldə olanlar binalardan, ağaclardan və enerji xətlərindən uzaq durmalı, sürücülər isə təhlükəsiz yerdə dayanmalı, körpü və üst keçidlərdən uzaq qalmalıdır.
Səfirlik həmçinin gözlənilməz vəziyyətlər üçün sığınacaq planı hazırlamağı, səyahət sığortası etməyi və ABŞ Daxili İşlər Nazirliyinin STEP proqramına qeydiyyatdan keçməyi tövsiyə edib.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir