Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində sosial sahədə elektron xidmətlərin inkişafına həsr olunmuş hakaton təşkil edilib. Hakatonda nazirliyin tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşlarından ibarət 12 komanda iştirak edib. Tədbir çərçivəsində iştirakçılar e-sosial platformasının funksionallığının genişləndirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi, eləcə də vətəndaşlar üçün daha əlçatan və effektiv rəqəmsal xidmətlərin yaradılmasına dair ideya və təkliflərini təqdim ediblər.Hakatonun əsas məqsədi dövlət sosial xidmətlərinin rəqəmsallaşması prosesində qurumlar arasında institusional əməkdaşlığın gücləndirilməsi olub.
Qiymətləndirmə nəticələrinə əsasən, ən yaxşı nəticə göstərən üç komanda mükafatlandırılıb.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir