İranla əlaqəli olduğu bildirilən “Hanzala” adlı haker qrupu İsrailin Baş naziri Benyamin Netanyahunun köməkçisi Tzaxi Bravermanın telefonuna sızdıqlarını iddia edib.Yenifikir.media bildirir ki,X sosial şəbəkəsində yayılan açıqlamada “Bibi Gate” adlı kiberhücum zamanı Bravermanın telefon kontaktlarının ələ keçirildiyi bildirilib.
Hakerlər Netanyahunun təhlükəsizlik heyətinə aid məlumatların da əldə edildiyini irəli sürüblər.
Qeyd edək ki, Tzaxi Braverman Netanyahunun ən yaxın əməkdaşlarından biridir. “Hanzala” qrupu daha əvvəl də İsrailin sabiq baş naziri Naftali Bennettin telefonunu hack etdiyini açıqlamışdı.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

