Ukrayna Prezidenti Vladimir Zelenski ölkədəki münaqişə ilə bağlı sülh planını referendumla təsdiqə çıxarmağa hazırdır.Yenifikir.media bildirir ki, bu barədə Zelenski “Axios”a müsahibəsində bildirib.Zelenski qeyd edib ki, bunu yalnız Rusiya ən azı 60 gün atəşkəsə razılıq verdiyi halda edəcək. Prezident həmçinin bildirib ki, planın 90 faizi artıq hazırdır və yaxın günlərdə ABŞ Prezidenti Donald Trampla Kiyevin təhlükəsizliyi üzrə zəmanətləri müzakirə etməyi və münaqişəni dayandırmağı ümid edir.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

