Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqı indiki siyasətini dəyişməsə, 2026-cı ildə Avropa müharibəyə cəlb oluna bilər. Onun sözlərinə görə, Aİ dağılma prosesindən keçir.
Orban 2025-ci ilin Avropa üçün son sülh ili ola biləcəyini deyib. Brüsseldə keçirilən Aİ Liderlər Zirvəsindən sonra o, Avropanın sülhə yox, müharibəyə doğru getdiyini bildirib.
Baş nazir Aİ-də qəbul olunan bəzi qərarların Ukraynadakı müharibəni dərinləşdirdiyini vurğulayıb. O, Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kredit verilməsi planına qarşı çıxdığını qeyd edib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

