Bu gün 24 dekabrdır. Bu gün mən təkcə bir Prezidentin doğum gününü yox, bir xalqın taleyinin dəyişdiyi yolu xatırlayıram. Bu gün Ali Baş Komandan İlham Əliyevin 64 yaşı tamam olur. Mən bu sözləri pafos üçün yazmıram. Çünki bu ölkədə yaşayan hər kəs kimi mən də 30 ilin ağrısını içimdə daşımışam. Qarabağ sözü bizim üçün xəritədə bir yer deyildi, yara idi. Evdə danışılan dərd idi, ürəkdə qalan nisgil idi. Və illərlə hamı bir sualı gözləyirdi: bu torpaqlar qayıdacaqmı?
İlham Əliyev bu sualı cavabsız qoymadı. O illərlə səbir etdi, ordu qurdu, dövlətin belini möhkəmlətdi, zamanı gözlədi. Və 2020-ci ilin sentyabrın 27-si – 44 günlük Vətən müharibəsinin başladığı o gün torpaqların qayıtdığı günün başlanğıcı oldu. O 44 gün ərzində mən gördüm ki, bu ölkənin Ali Baş Komandanı var. Geri çəkilməyən, təzyiqdən qorxmayan, dünya qarşısında haqqı dik duraraq deyən bir Lider.
İlham Əliyev o müharibədə təkcə əmr verən deyildi. O, məsuliyyəti üzərinə götürən idi. O hər gün çıxıb xalqın qarşısında söz deyən, həqiqəti deyən, xalqın arxasında dayanan idi. Və nəticə ortadadır – Qarabağ azaddır.
Amma biz hamımız bilirik ki, bu qələbənin qiyməti ağır oldu. Şəhidlərimiz canlarını verdilər. O anaların göz yaşını heç nə silə bilməz. Qazilərimiz sağlamlıqlarından keçdilər, Vətəni darda qoymadılar. Bu torpaqlar onların haqqıdır. İlham Əliyev də bunu heç vaxt unutmadı, unutdurmadı.
Bu gün Şuşada bayraq dalğalanırsa, bu, boş sözün nəticəsi deyil. Bu, verilmiş sözün yerinə yetirilməsidir. “Qarabağ Azərbaycandır!” deyildi və oldu.
İlham Əliyevin dövründə Azərbaycan bu gün dünyada tanınır. Dünya dövlətləri bu gün Azərbaycanla hesablaşır. Biz artıq kiməsə özümüzü sübut etməyə çalışmırıq. Bizim mövqeyimiz var, sözümüz var, duruşumuz var. Enerjidə də, siyasətdə də, beynəlxalq arenada da bu ölkənin adı çəkilir. Amma mənim üçün ən önəmlisi azərbaycanlı olmağın verdiyi qürurdur. Bu hiss boş yerdən yaranmayıb. Bu hissin arxasında İlham Əliyevin duruşu, qərarları və iradəsi dayanır.
Cənab Prezident İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edirəm. Ona möhkəm cansağlığı, uzun ömür arzulayıram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizi qorusun.
Bu xalq qalibdirsə, bunun bir adı var. O ad İlham Əliyevdir.

Tural Qoca

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir