Dekabrın 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və “ASAN xidmət” mərkəzinin dəstəyi ilə növbəti “Tullantıları tinglərə dəyiş” ekoloji aksiyası keçiriləcək.Aksiya 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzinin qarşısında təşkil olunacaq. Tədbir çərçivəsində vətəndaşlar minimum 35 litr həcmində plastik butulka, 5 litrlik şüşə butulka və ya banka, həmçinin 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.
Aksiya tullantıların təkrar emalının təşviqi və ətraf mühitin qorunması məqsədi daşıyır. Vətəndaşlar tədbirdə fəal iştirak etməyə dəvət olunur.
📅 Tarix: 23 dekabr
🕐 Saat: 13:00
📍 Məkan: 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi, Sumqayıt şəhəri, Bulvar küçəsi 66
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

