ABŞ Prezidenti Donald Tramp həftə sonu Mayamidə keçiriləcək Rusiya–Ukrayna görüşləri ərəfəsində Ukraynanı razılaşma məsələsində sürətli qərar verməyə çağırıb.Yenifikir.media-nın məlumatına görə Ağ Evdə mətbuat konfransında çıxış edən Tramp bildirib ki, danışıqlarda müəyyən irəliləyiş var, lakin proses uzandıqca Rusiya mövqeyini dəyişir və bu, razılaşmanı çətinləşdirir. O, Rusiya və Ukrayna arasında dərin düşmənçiliyin, müharibənin bitirilməsini əvvəl düşündüyündən daha mürəkkəb etdiyini deyib.Bununla belə, Tramp yaxın vaxtlarda razılaşma əldə olunacağına ümid etdiyini vurğulayıb. ABŞ mediasının məlumatına görə, şənbə günü Mayamidə keçiriləcək görüşlərdə Rusiyanı Rusiya Varlıq Fondunun rəhbəri Kirill Dmitriyev təmsil edə bilər. Danışıqlarda Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff iştirak edəcək.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir