Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən hazırlanmış iki mobil tətbiq “MilliNet 2025” Milli İnternet Mükafatında mükafatlandırılıb.

“Övladını tanı” tətbiqi “İlin innovativ həlli” nominasiyasında 2-ci yerə, “Tiflo TV” mobil tətbiqi isə “İlin informasiya resursu” nominasiyasında 2-ci yerə layiq görülüb.

“Övladını tanı” tətbiqi valideynlərə 6 yaşına qədər övladlarının inkişafını izləmək, hesabatlandırmaq, planlamaq və tapşırıqlar əldə etmək imkanı verir. “Tiflo TV” isə görmə imkanları məhdud şəxslər üçün sənədli, bədii və cizgi filmləri tanınmış aktyorların səsləndirməsi ilə tiflo şərh formatında təqdim edir.

Ümumilikdə müsabiqəyə 13 nominasiya üzrə 179 rəqəmsal resurs təqdim olunub. Sosial Xidmətlər Agentliyinin layihələri xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial xidmətlərə əlçatanlığını artırmaq və keyfiyyətini yüksəltmək məqsədi daşıyır.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir