Antalyanın Manavqat rayonunda yerləşən 5 ulduzlu hoteldə yanğın baş verib. Hadisə Evrenseki məhəlləsində saat 12:45 radələrində qeydə alınıb.Məlumata görə, yanğın 4 mərtəbəli otelin birinci mərtəbəsində yerləşən qazanxanada başlayıb. Dərhal hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.Təhlükəsizlik məqsədilə otelin bitişik blokunda qalan müştərilər və personal təxliyə edilib. Yanğın qısa müddətdə nəzarət altına alınaraq söndürülüb, xəsarət alan olmayıb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

