Azərbaycan Respublikasının iqtisadiyyat naziri, Azərbaycan–İsrail Hökumətlərarası Birgə Komissiyasının həmsədri Mikayıl Cabbarov İsrailin Maliyyə Nazirliyində bu ölkənin maliyyə naziri, Birgə Komissiyanın digər həmsədri Zeev Elkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.Görüş zamanı Azərbaycan ilə İsrail arasında iqtisadi əlaqələrin mövcud durumu qiymətləndirilib, əməkdaşlığın genişləndirilməsi imkanları və gündəmdə olan aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər bildiriblər ki, mövcud potensialdan daha səmərəli istifadə olunması iki ölkə arasında iqtisadi tərəfdaşlığın dərinləşdirilməsinə, ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların həcminin artırılmasına mühüm töhfə verə bilər.
Müzakirələr çərçivəsində enerji, ticarət və investisiya ilə yanaşı, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar, innovasiya, logistika və digər perspektivli sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi imkanları diqqət mərkəzində olub. Həmçinin Azərbaycan–İsrail Birgə Komissiyasının 4-cü iclasında müəyyən edilmiş prioritet istiqamətlər üzrə birgə fəaliyyətin genişləndirilməsi məsələləri nəzərdən keçirilib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

