Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Lələpaşa kəndində vətəndaşlarla səyyar qəbul-görüş keçirib. Görüşdə Rayon İcra Hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə üzvləri və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbul çərçivəsində RİH başçısı əvvəlcə Lələpaşa kənd qəbiristanlığında şəhidlərin məzarlarını ziyarət edib, şəhid ailəsi ilə görüşərək onların müraciət və təkliflərini dinləyib.

Kənd sakinləri ilə keçirilən görüşdə Elvin Paşayev səyyar qəbulların ölkə rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq həyata keçirildiyini bildirib. O qeyd edib ki, bu görüşlər respublikada aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının yüksəldilməsinə yönəlmiş tədbirlərin mühüm tərkib hissəsidir. RİH başçısı dövlət–vətəndaş münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayaraq, həyata keçirilən uğurlu siyasətin ölkənin bütün sahələrdə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını diqqətə çatdırıb.

Eyni zamanda Elvin Paşayev Elektron Hökumət Portalı çərçivəsində yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə sakinlərə ətraflı məlumat verib, bu platformanın xidmətlərin əlçatanlığını artırdığını və vətəndaşlar üçün mühüm üstünlüklər yaratdığını qeyd edərək, https://rih.gov.az/ saytından fəal istifadə etməyi tövsiyə edib.

Səyyar qəbul zamanı kənd sakinləri tərəfindən qaz xəttinin çəkilməsi, küçələrin işıqlandırılması, məscidin təmir olunması və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. RİH başçısı hər bir müraciəti diqqətlə dinləyib, bəzi məsələlərin yerindəcə həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib, qaldırılan digər problemlərin isə nəzarətə götürüldüyünü bildirib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir