“Qalatasaray”ın kişilərdən ibarət voleybol komandası, Umut Çakırdan sonra baş məşqçi vəzifəsinə İtalyan Andrea Gardini gətirib. 60 yaşlı məşqçi ilə bir illik müqavilə imzalanıb.Gardini AZS Olsztyn, ZAKSA, Piacenza, Jastrzebski Wegiel, Skra Belchatow və Olympiakos komandalarında çalışıb, həmçinin İtaliya və Polşa milli komandalarında köməkçi məşqçi olub.
Onun karyerasında Polşa Liqası və Kuboku, Polşa Superkuboku, Yunanıstan Kuboku və Yunanıstan Superkuboku qələbələri var.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

