Aqrar Tədqiqatlar Mərkəzi “Fermerlərin yaşlanması: kənd təsərrüfatına təsirlər və yeni başlayan fermerlər üçün proqramlar” mövzusunda seminar təşkil edib. Seminarda əsas məruzəçi qismində Texas A&M Universitetinin Kənd Təsərrüfatı İqtisadiyyatı Departamentinin rəhbəri, professor Rodolfo M. Nayga çıxış edib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin və tabeli qurumların əməkdaşları iştirak edib.Professor Nayga qlobal aqrar sektorda fermerlərin yaşlanma tendensiyalarını təqdim edərək, fəaliyyətə yeni başlayan fermerlərin qarşılaşdıqları çağırışlar və imkanlar barədə məlumat verib. Müzakirələrdə fermerlərin orta yaşının artması, torpağa çıxış çətinlikləri, yüksək investisiya xərcləri, maliyyə riskləri, qadın fermerlərin rolu, yeni nəsil fermerləri sektora cəlb etmək üçün siyasət tədbirləri və istehlakçı dəstəyi kimi mövzular əhatə olunub.
Seminar iştirakçılarının marağına səbəb olub və onlar müzakirələrdə fəal iştirak ediblər. Tədbir Azərbaycanda kənd təsərrüfatı siyasətçiləri, tədqiqatçılar və maraqlı tərəflər üçün dəyərli biliklər təqdim edib.
Qeyd edək ki, professor Nayga qlobal səviyyədə tanınan iqtisadçıdır və onun qida iqtisadiyyatı, istehlakçı davranışları və aqrar siyasət sahələrindəki tədqiqatları həm akademik, həm də dövlət idarəçiliyi üçün əhəmiyyətlidir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

